1 USD =3.319 GEL 1 EUR =3.945 GEL 1 AZN =1.953 GEL 1 TRY =0.417 GEL 1 RUB =4.363 GEL
12 
Avq
2020
12:09
370

Qaxaria: "Mestiyada virus partlayışına vaxtında müdaxilə edə bildik"

"Bu günki vəziyyətə nəzərən demək olar ki Mestiyada ilk müdaxilə addımları vaxtında və effektli atıldı".

İnterPress.ge xəbər verir ki, bu haqqda qurumlararası koordinasiya şurasının iclasında Qiorqi Qaxaria Mestiyada epidemioloji vəziyyəti qiymətləndirərkən deyib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi gediş-gəlişi və eləcə də hökumət tərəfindən tətbiq edilən məhdudiyyətləri həyata keçirdi.

Baş nazirin bildirdiyinə görə, mövcud vəziyyət Mestiyada yerli sakinlərə olduğu kimi turistlərə də diskomfort yaradır. Ancaq vətəndaşların sağlamlıqları hər şeydən dəyərlidir.

"Belə çıxır ki Mestiyada virus partlayışına vaxtında müdaxilə edə bildik lakin, buna baxmayaraq qarşısını tam şəkil ala bilməmişik. Məndə olan məlumata görə, 1000 bioloji nümunə gətirilib ancaq onların cavabları hələ məlum deyil. Bu 1000 bioloji nümunədən başqa təsdiqlənmiş 14 yoluxma halımız var. Gün sonunadək 1000 bioloji nümunənin cavabları bəlli olacaq və tam rəsm əlimizdə olacaq. Demək olar ki, virus partlayışına vaxtında və effektli müdaxilə edə bildik.

İlk növbədə Daxili İşlər Nazirliyi giriş-çıxış məhdudiyyətini eləcədə hökümət tərəfindən tətbiq edilən məhdudiyyətləri həyata keçirdi. Bəli, başa düşürük ki, mövcud vəziyyət Mestiyada yerli sakinlərə olduğu kimi turistlərə də diskomfort yaradır ancaq yerli sakinlərin sağlamlıqları hər şeydən dəyərlidir. Biz həmişə virusun heç yerə getmədiyini əlimizdə olan vəziyyəti idarə etməyin vacib olduğunu qeyd etmişik. Virus effektli idarə olunmasa iqtisadiyyat canlanmayacaq. Bu iki mövzu bir-birilə bağlıdır", - dedi Qaxaria.

Qiorqi Qaxaria qeyd edir ki, dünən Svanetidən 191 nəfər karantinə yerləşdirilib. Qaxaria müvafiq qurumlara karantin zonasını effektli idarə edilməsinə görə müraciət etdi.

"Dünən Svanetidən 191 vətəndaş karantinə alındı. Bu gün ki gündə 7700 nəfər karantin zonasındadır. Səhiyyə nazirliyinin və milli turizm administrasiyasının səylərinə baxmayaraq burada vəziyyət gərgindir. Biz hər şey etməliyik ki karantin zonaları effektli idarə olunsun. Bu virusla bağlı olan ən vacib tərkib hissədir. Buna görə də müvafiq qurumlar karantin zonalarını effektli nəzarət etməkdə diqqətli olmalıdırlar ", - dedi Qaxaria.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri