1 USD =3.316 GEL 1 EUR =3.955 GEL 1 AZN =1.951 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.369 GEL
12 
Avq
2020
10:37
429

DİN rəhbəri öldürülən gənc qızın işi ilə bağlı açıqlama verdi

"Tamar Baçaliaşvilinin işi üzrə istintaq aparılır və düşünürəm, tezliklə başa çatacaq"


İnterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə Daxili İşlər naziri, Vaxtanq Qomelauri bəyan edib.

Onun dediyinə görə, Tamar Baçaliaşvilinin işi üzrə müstəndiqlər işləyirlər və əgər lazım gəldisə, Federal Təhqiqat Bürosu ekspertiza istiqamətilə qatılacaq.

“Tamar Baçaliaşvilinin işi üzrə açıq danışa bilmərəm. İstintaq aparılır. Düşünürəm, tezliklə başa çatacaq. Lazım gəldiyi təqdirdə Federal Təhqiqat Bürosu ekspertiza istiqamətilə qatılacaq. Hələlik müstəndiqlər işləyirlər”, – Daxili İşlər naziri bəyan etdi.

23 yaşlı Tamar Baçaliaşvilinin vəfat etməsi işini Mərkəzi Kriminal Polis Departamenti araşdırır.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri