1 USD =3.319 GEL 1 EUR =3.945 GEL 1 AZN =1.953 GEL 1 TRY =0.417 GEL 1 RUB =4.363 GEL
11 
Avq
2020
09:46
1129

Gürcüstanda koronavirusdan rekord dərəcədə sağalma qeydə alındı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 14 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 1264 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkəmizdə son 24 saat ərzində 44 yeni sağalma qeydə alınıb. Bununlada COVID-19 infeksiyasından sağalanların ümumi sayı 1054-ə çatıb.

Eyni zamanda qeyd olunub ki, koronavirus səbəbi ilə 7068 nəfər karantində saxlanılır.

Qeyd edək ki, koronavirus səbəbi 17 nəfər vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri