1 USD =3.074 GEL 1 EUR =3.64 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.439 GEL 1 RUB =4.206 GEL
30 
İyl
2020
11:38
1528

Tamar Baçaliaşvilinin anası qızının ölümündən danışdı

Dünyasını dəyişən Tamar Baçaliaşvilinin anası Teona Tamazaşvilinin açıqlamasına görə, onun istintaqın gedişatı ilə əlaqəli heç bir məlumatı yoxdur və bütünlüklə vakumadadır.

InterPress.ge xəbər verir ki, bu haqda həyatını itirən qızın anası Palitranyusun “ 360 dərəcə” verlişində qeyd edib.

Teona Tamazaşvilinin qeyd etdiyinə görə, övladının intihar etdiyinə inanmır.

“İstintaqın gedişatı ilə əlaqədar mənə heç kim heç nə demir. Bilmirm artıq nə düşünüm. Bütünlüklə məhv olmuşam və tam olaraq vakuumdayam. Mən intihar versiyasını inanmıram, Tamuna həyatı çox sevirdi. Onun böyük məqsədləri var idi. Heç bir suala cavabım yoxdur. Versiyalarla əlaqəli də heç nə demirlər. 21-ci əsrdə bu qədər vaxt keçib və necə ola bilər ki polis bir neçə versiya üzərində poli işləməsin. Nəyə görə kimsə mənlə əlaqə saxlamır", - deyə anası qeyd edir.

Teona Tamazaşvilinin dediyinə görə, o , övladının ölümünü işi ilə əlaqələndirmir.

“Mən demirəm ki, işində nəsə baş verirdi. Tamuna o qədər ağıllı idi ki, düşünürəm ki, işindən kənar elə bir məlumat tapıb ki, onu öldürmək qərarına gəliblər. Mən övladımın ölüm səbəbini bilməmiş ölmək istəmirəm”, - dedi Teona Tamazaşvili.

Dünyasını dəyişən qızın anasının bildirdiyinə görə, Tamar Baçaliaşvilinin axtarış tədbirləri həyata keçirilən zaman Baçaliaşvilinin rəhbəri onlarla əlaqə saxlayıb.

“Tamunanı axtaran zaman onun rəhbəri mənimlə əlaqə saxladı. Yalnız adını bilirəm onu da Tamuna demişdi ki, adı Tamukadır. Özü məndən xahiş etdi ki, bu prosesə televiziyaları da qoşaq. O mənə nömrə də göndərdi”, - deyə Teona Tamazaşvili qeyd etdi.

Onun bildirdiyinə görə, övladının əmək haqqı ilə əlaqəli heç bir məlumatı olmayıb.

Bizimlə əlaqə saxlayın

Digər "cəmiyyət" xəbərləri