1 USD =3.074 GEL 1 EUR =3.64 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.439 GEL 1 RUB =4.206 GEL
28 
İyl
2020
16:47
460

Qamğrelidze: "Ölkədəki epidemioloji vəziyyət tamamilə nəzarət altındadır"

"Ölkədəki epidemioloji vəziyyət tamamilə idarə olunur, nəzarət altındadır və narahat doğuracaq heç bir səbəb yoxdur ".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze açıqlama verib.

Onun sözlərinə görə, ölkədə yeni koronavirusun cəmi bir neçə halı müəyyən edilib.

"Bu gün Covid-19 ilə əlaqəli səkkiz yeni hal aşkarlanıb və səkkiz nəfərin yoluxma mənbəyi məlumdur. Bunlardan birinin mənbəyi Qaçiani , biri – Lilo, biri tibb işçisidir, dördü isə xaricdən daxiledilmədir.

Bütün mənbələr bəllidir və bu məsələni tənzimləyirik. Buna görə narahatçılığa heç bir səbəb yoxdur. Müəyyən bir artım proqnozlaşdırılırdı. Bu, hətta yüngülləşdirmə siyasətinin mövcud olduğu bütün ölkələrdə baş vermişdir. İqtisadiyyat açılmalı, yumşalma siyasəti və sürətli reaksiya arasında düzgün və yaxşı bir tarazlığa sahib olmalıyıq" - deyə Amiran Qamğrelidze bildirib.

Eyni zamanda, onun qeyd etdiyinə görə, Gürcüstanda infeksiyanın yayılması baxımından, hal- hazırda iki qaynar nöqtə var.

"İndi bizim diqqət və nəzarət etdiyimiz iki qaynar nöqtəmiz var: biri - Qaçiani qəsəbəsi, xüsusən Karacalar kəndidir. Orada intensiv tədqiqatlar aparılır, Qardabani bələdiyyəsinin bir neçə sakininin işlədiyi Lilo bazarı ilə bağlı problemlər vardı. Eyni zamanda Lilo bazarı ilə əlaqəli digər ailə halları oldu. Buna görə Lilo bazarında intensiv təqiqatlarımız baş tutur. Dünən 715 bioloji nümunə götürülüb. Son üç gündə cəmi 2500 bioloji nümunə götürüldü, araşdırmalar davam edir. Ümid edirəm ki, Lilo bazarını tam araşdıracağıq. Bu gün səhər Lilodan yalnız bir nəfərdə koronavirus aşkar etdik. Yeni virusdaşıyıcısı təcrid olunub və karantindədir" - deyə Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri bildirib.

Onun qeyd etdiyinə görə, bazarlarda monitorinqin gücləndirildiyini və daha da sərtləşdiriləcək.

“Lilo bazarında 6 mindən 8 minə qədər vətəndaş işləyir. Tədqiqatlar hələ davam edir və yarmarkalarda tədbirlər gücləndirilib. Termoskrininq, monitorinqlərin aparıldığını, qaydaların necə yerinə yetirildiyini - maska taxmağı, məsafəni, sanitarların qaydaların riayəti, dezobaryerlərin necə qurulduğunu və s. Görmək mümkündür. Bazarların monitorinqi daha da gücləndiriləcək. Qayda pozuntuların aşkar edilərsə aidiyyatı qurumlar onları cərimələyəcək", - dedi Qamğrelidze.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri