1 USD =3.074 GEL 1 EUR =3.64 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.439 GEL 1 RUB =4.206 GEL
27 
İyl
2020
13:55
745

Koronavirus testi bütün bazarlarda aparılacaq

"Lilo bazarında ticarətçilərin 1415 nəfərindən test götürülüb. Buradan 5 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb, 6-sında isə dərin test tədqiqatlar aparılır".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə nəzarət milli mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.

Amiran Qamğrelidzenin qeyd etdiyinə görə, bazar ərazisində risk halları artıb. İndi isə bütün bazarlarda PCR testin keçirilməsi layihəsinə start veriləcək.

“Lilo bazarında tam ciddi şəkildə geniş test araşdırılmaları prosesi gedir. 3 gündür intensiv test prosesləri həyata keçirilir. Bu vaxt ərzində bütünlükdə 1415 nəfə testdən keçib. Buradan birinci gün 4 müsbət cavab aldıq. 6 nümunədə isə təkrar test baş tutur. Bu gün isə daha 500 bioloji nümunənin cavabı olacaq. Lilo bazarı və Qardaban bələdiyyəsi ölkədə ən diqqət olunası ərazilərdir. Termoskrininq, məsafə sanitar qaydalar sərtləşdirilib. İndi isə bütün bazarlarda PCR testin keçirilməsi layihəsinə start veriləcək. Bir daha qeyd edirəm bazarlar koronavirusun yayılmasının risk zonalarına çevrilib”, - dedi Qamğrelidze.

Bizimlə əlaqə saxlayın

Digər "cəmiyyət" xəbərləri