1 USD =3.074 GEL 1 EUR =3.64 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.439 GEL 1 RUB =4.206 GEL
27 
İyl
2020
13:48
603

Amiran Qamğrelidze: "Koronavirusun artım dinamikası müşahidə olunur"

“Qeyd edim ki, bütün sıravi ölkələrdə ikinci dəfə koronavirus dalğasının tendensiyası göründü. Dünya miqyası ilə koronavirusa yoluxanların sayı 16 milyonu ötüb”.

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə nəzarət milli mərkəzinin rəhbəri Amiran Qamğrelidze deyib.

Onun qeyd etdiyinə görə, ölüm hallarının sayının azalması isə pozitiv haldır.

“Ölüm halları 7 faizdən 4 faizədək aşağı düşüb. Eləcədə sağalanların sayı artır, 62 faizə qalxıb. Bizim bölgəmizdə vəziyyət çətin olaraq qalmaqda davam edir. Ətrafımızda olan qonşu ölkələrdə Ermənistanda, Azərbaycanda, Rusiyada və eləcədə onlarla müqayisədə aşağı intensivlə Türkiyədə yoluxma halları artır. Mərkəzi Asiya ölkələrində xüsusilə də Qazaxıstanda və Qırğızıstanda vəziyyət daha da gərginləşir” -deyə Qamğrelidze bildirib.

Gürcüstana gəldikdə isə onun qeyd etdiyinə görə, son 1 həftə ərzində ölkədə artım dinamikası müşahidə edilir.

“Bugünkü gündə laborator təsdiqli ümumi cəmdə 1137 koronavirusun yoluxma halı var. Bu gün saat 9:00 radələrində 6 yeni koronavirus halı müəyyən edildi. Bunlardan 1-I virusdaşıyıcısı ilə təmas, 4-ü daxil edilmə, 1-i Qaçianidəndir. Ümumiyyətlə son 1 həftə ərzində yoluxma hallarının sayında artım müşahidə olunur. 20-26 iyul çərçivəsində 1 həftə ərzində 98 koronavirus yoluxması aşkar edilib. Bunlardan 22-nin mənbəyi Qaçiani kəndidir, 14-ü virus daşıyıcıları ilə təmas, 13-ü daxiledilmədir. Daxiledilmələr arasında yük avtomobilləri sürücüləri də var”- dedi Amiran Qamğrelidze.

Qamğrelidzenin bildirdiyinə görə tədqiqatlar nəticəsində yük avtomobillərinin 92 sürücüsündə virus aşkarlanıb.

“Lilo bazarı ilə və ümumiyyətlə Qaçiani kəndi ilə əlaqədar 14 virus daşıyıcısı aşkarlanıb. Eyni zamanda son 1 həftə ərzində 14 tibb işçisi karona virusa yoluxub.”- deyə Qamğrelidze qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər "cəmiyyət" xəbərləri