1 USD =3.076 GEL 1 EUR =3.636 GEL 1 AZN =1.809 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.181 GEL
26 
İyl
2020
19:12
2171

Ölən gənc qızın anasından ürək dağlayan sözlər - "Yalvardım ki, mənidə məlumatlandırın"

Anası qızının intihar etmədiyini düşünür və deyir ki, qızı Tamar Baçaliaşvili imtahan vermişdi, ikinci iş yeri axtarırdı.

InterPress.ge xəbər verir ki, bu barədə ilk dəfə Tamar Baçalişvilinin anası Teona Tamazaşvili formula media agentliyinə danışıb.

"Mən qızımın intiharını tamamilə inanmıram. O, ötən həftə imtahan vermişdi, ikinci iş yeri axtarırdı. Nəyə görə intihar etsin?! Axtarış zamanı heç kim mənə məlumat vermirdi, yalvarırdım ki, mənidə məlumatlandırın bəlkə xeyrim dəyir sizə.

Artıq heç nəyi istisna etmirəm. Bu qız o qədər istedadlı idi ki, bəlkə hər hansı elə bir məlumat əldə edib ki, qızımın bilməməsi lazım imiş və ona görə öldürüblər. Mən artıq istintaqa inanmıram.

Yalvarırdım ki, Tamunanın kompyuterini aparın vaxtında açın. Amma aparmadılar. Mixeil Ramişvilidən başqa heç kim bizə gəlməyib "- dedi Teona Tamazaşvili.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri