1 USD =3.074 GEL 1 EUR =3.64 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.439 GEL 1 RUB =4.206 GEL
25 
İyl
2020
20:38
1248

2020-ci ildə hansı ölkənin vətəndaşları Gürcüstandan deportasiya edilib? - SİYAHI

2020-ci ilin 1-ci və 2-ci rübü üçün miqrasiya statistikası açıqlanıb.

InterPress.ge xəbər verir ki, bu barədə statistikanı Daxili İşlər Nazirliyi yayır.

Agentliyin məlumatına görə, 2020-ci ilin 1-ci rübündə hesabat dövründə əcnəbinin Gürcüstandan çıxarılması ilə bağlı 25 nəfər qeydə alınıb.

Hesabat dövründə ən çox - Gürcüstandan deportasiya edilmiş 5 nəfər İran vətəndaşı, 3 Türkiyə, 3 Kamerun və 3 Nigeriya vətəndaşlarıdır. Bundan əlavə ölkədən 2 Azərbaycan və 2 Ukrayna vətəndaşları çıxarılıb.

Digər ölkələrin vətəndaşlarının deportasiya edilməsi ilə bağlı hər bir ölkədən bir nəfər dekorasiya olunub. Bu ölkələr Banqladeş, Qana, Hindistan, Kot d'İvuar (Qərbi Afrikada ölkə), Ermənistan, Sudan və Özbəkistandır.

2020-ci ilin 2-ci rübündə isə agentliyin məlumatına görə, hesabat dövründə Gürcüstandan 7 nəfər xarici ölkə vətəndaşı çıxarılıb.

Hesabat dövründə Gürcüstandan deportasiya olunan 3 nəfər Türkiyə, 3 nəfər İran, 1 nəfər isə Azərbaycan vətəndaşı olub.

Deportasiya edilən şəxslərin yaş hədlərinə gəldikdə isə, deportasiya edilmiş 22 nəfər 26-40 yaş, 6 nəfəri 41-65 yaş, 2 nəfər 18-25 yaş arasıdır, 1 nəfəri isə 65 yaşdan yuxarıdır.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri