1 USD =3.076 GEL 1 EUR =3.636 GEL 1 AZN =1.809 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.181 GEL
22 
İyl
2020
12:18
2759

Sürücülərin nəzərinə: bu cərimələr yenə artır

"Paytaxtda parkinq qaydalarının pozulmasına görə, cərimələr yenə artır".

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisinin meri Kaxa Kaladze bugünki iclasında bildirib.

Onun dediyinə görə, Tbilisi meriyası tərəfindən təqdim edilən qanun dəyişikliklər paketini Gürcüstan parlamenti artıq təsdiqləyib.

“Dəyişikliklərə əsasən, taksi üçün nəzərdə tutulan yerlərdə digər avtomobilin park edilməsi 10 lari yerinə 50 lari olacaq. Avtomobilin üç aydan artıq küçədə buraxmaq – 50 lari ilə cərimələnəcək. Bundan sonra əhali avtomobili bir yerdə sadəcə üç ay saxlaya biləcək. Avtomobilin saxlanması qadağan olan yerlərdə duran avtomobili isə, evakuator aparacaq” – dedi Kaxa Kaladze.

Kaxa Kaladzenin dediyinə görə, paytaxtda olan parkinq xaosunu vaxtında düzəltmək üçün bu tədbirlərin görülməsi zəruridir.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri