1 USD =3.076 GEL 1 EUR =3.636 GEL 1 AZN =1.809 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.181 GEL
18 
İyl
2020
16:13
1091

Gürcüstanda Azərbaycan ordusuna dəstək aksiyası keçirildi - FOTO

Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısında Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində baş verən gərginliklə bağlı Azərbaycana və Azərbaycan ordusuna dəstək aksiyası keçirilib.

InterPress.ge-nin xəbərinə görə, Gürcüstanın müxtəlif bölgələrində yaşayan soydaşlarımız paytaxt Tbilisidəki səfirlik binasının önünə toplaşaraq Azərbaycana öz dəstəklərini ifadə ediblər.

Əllərində həm Azərbaycan, həm də Gürcüstan bayraqları tutan aksiyaçılar Gürcüstanın bu mübarizədə Azərbaycanla həmrəy olduğunu bildiriblər.

Aksiyada gürcüstanlı ictimai xadimlər və politoloqlar da iştirak edib. Baş verə biləcək təxribatların qarşısını almaq məqsədi ilə əraziyə hüquq-mühafizə orqanının əməkdaşları cəlb edilib.

Qeyd edək ki, bu aksiya Azərbaycana dəstək məqsədi ilə Gürcüstanda son bir həftə ərzində keçirilən sayca üçüncü aksiyadır. Daha əvvəl Ermənistanın Tbilisidəki səfirliyinin qarşısında və “Sınıq körpü” sərhəd keçid məntəqəsində də aksiya təşkil olunub.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri