1 USD =3.076 GEL 1 EUR =3.636 GEL 1 AZN =1.809 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.181 GEL
09 
İyl
2020
18:29
1732

"Quru sərhədləri Türkiyə ilə açın ki, xalq da biznes də nəfəs alsın"

"Bu gün yeni möcüzə ilə hökümət bizi təəccübləndirdi. Qəbul edilən qərara əsasən Gürcüstana daxil olan vətəndaş hava limanından 14 gün karantin qaydalarından keçməlidir. Lakin xarici ölkə vətəndaş azad şəkildə daxil olur".

InterPress.ge xəbər verir ki, bu haqda Leyboristlər partiyasının lideri Şalva Natelaşvili Tbilinin beynəlxalq hava limanında partiya üzvlərinin etiraz aksiyasında qeyd edib.

Onun bildirdiyinə görə, öz vətəndaşlarına bu cür diskriminasiya qaydaları heç Afrika rejimi də tətbiq etməyib.

“Bu artıq sərhədi keçəmkdir. Belə çıxır ki, yalnız öz vətəndaşlarımız virusu Gürcüstana daxil edə bilər. Hökümətə müraciət edirəm ki, bu normanı ləğv edin. Açılan ölkələrdən əhalinin gəlişinə Tbilisinin, Batuminin, Kutaisi hava limanından ölkəyə daxil olmağa imkan yaradın. Quru sərhədləri Türkiyə ilə açın ki, xalq da biznes də nəfəs alsın İvanişvili hakimiyyəti xalqımız üçün seçki işğalı hazırlayır”, - dedi Şalva Natelaşvili.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri