1 USD =3.076 GEL 1 EUR =3.636 GEL 1 AZN =1.809 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.181 GEL
07 
İyl
2020
12:57
874

Qabal kəndində kişi ov tüfəngi ilə güllələnib

Gürcüstanın Laqodexi rayonunun Qabal kəndində ötən gecə silahlı insident baş verib.

InterPress.ge xəbər verir ki, hadisə zamanı 47 yaşlı kişi ov tüfəngi ilə güllələnib.

Üz nahiyəsindən xəsarət alan həmin şəxs xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Onun hazırkı durumu qənaətbəxş kimi qiymətləndirilir.

İnsidentin mübahisə zəminində baş verdiyi bildirilir. Mübahisənin səbəbi hələ ki, məlum deyil.

Yerli mətbuatın yaydığı məlumata əsasən, 25 yaşlı gənc hadisəni törətməkdə şübhəli bilinir. O, hadisə yerindən qaçmağa cəhd edərkən avtomobil qəzasına düşərək xəsarət alıb. Gənc də xəstəxanaya yerləşdirilib.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.(report)

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri