1 USD =3.076 GEL 1 EUR =3.636 GEL 1 AZN =1.809 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.181 GEL
30 
İyn
2020
11:15
2917

Marneulidə üç nəfər gənc saxlanıldı

Daxili İşlər Nazirliyinin Kvemo Kartli polis departamentinin Marneuli rayon polis bölməsinin əməkdaşları 1977-ci il, 2000-ci il və 2002-ci il doğumlu 3 şəxsi qız qaçırtma faktı üzrə Marneulidə həbs edib.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İstintaqla təsdiq olunub ki, yaxalanan 3 şəxs 1997-ci il doğumlu qızı evlənmək məqsədilə qaçırıb.

İstintaq Gürcüstan cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsinin a altpunktu ilə aparılır və 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri