1 USD =3.079 GEL 1 EUR =3.624 GEL 1 AZN =1.811 GEL 1 TRY =0.421 GEL 1 RUB =4.211 GEL
26 
İyn
2020
13:58
1887

Gürcüstanda iyulun 1-dək olan hava şəraiti açıqlandı- RƏSMİ

İyulun 1-dək Qərbi Gürcüstanın bəzi bölgələrində qısamüddətli yağış yağacaq. Havanın temperaturu +26, +31 dərəcə olacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Məlumata görə, Gürcüstanın şərqində 26-27 iyun tarixlərində yağış yağacaq, şimşək çaxacaq və dolu ola biləcəyi gözlənilir. Havanın temperaturu +23, +28 dərəcə olacaq. İyunun 28-də nisbətən günəşli olacağı, iyulun 1-dək yalnız bəzi ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Hava istiliyi +31 dərəcəyə qədər yüksələcək.

İyunun 26-28-də Tbilisidə qısa müddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu +26, +28 dərəcə olacaq. İyulun 1-nə qədər gecə və axşam az yağış yağa bilər. Hava istiliyi +31 dərəcəyə qədər yüksələcək.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri