1 USD =3.074 GEL 1 EUR =3.64 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.439 GEL 1 RUB =4.206 GEL
23 
İyn
2020
12:30
1926

Gürcüstanda körpəni 5 000 dollara satmaq istəyən valideynlər saxlanılıb

Gürcüstanda körpənin satılması və alınmasına görə üç nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilib.

İstintaqla müəyyən olunub ki, Duşeti rayonunda yaşayan cütlük bu ilin iyunun 18-də dünyaya gələn uşaqlarını gəlir əldə etmək məqsədilə satmaq istəyib.

Valideynlər körpəni 5 000 ABŞ dollarına almaq istəyən şəxslə razılığa gəliblər. Həmin şəxs yeni doğulan uşağın şəhadətnaməsində ata kimi qeydiyyata alınıb.

Ata-ana danışılan məbləği alarkən saxlanılıb.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsləri 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. (Report)

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri