1 USD =3.074 GEL 1 EUR =3.64 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.439 GEL 1 RUB =4.206 GEL
22 
İyn
2020
20:57
1025

Gürcüstanda koronavirus seçkilərin keçirilməsinə mane olurmu? - Qamkrelidze cavabladı

"Seçkilərdə epidemiyanın yayılması riskinin minimum dərəcədə aşağı salmaq üçün tövsiyyələr üzərində işləmək lazımdır. Söhbət maskalardan, əhali arasında qoyulan məsafələrdən seçki komissiyası üzvlərinin öncədən müayinə olunması və karantində olan vətəndaşların necə səs vermə prosesinə qoşulmasından gedir".

InterPress.ge xəbər verir ki, bu haqda Xəstəliklərə nəzarət milli mərkəzinin direktoru Amiran Qamğrelidze işgüzar görüş başa çatdıqdan sonra jurnalistlərə verdiyi müsahibə zamanı qeyd edib.

O qeyd edir ki, bu günki epidemioloji vəziyyət seçkilərin keçirilməsinə və təhsil prosesinin başlamasına imkan verir lakin 4 ay ərzində nəyin baş verib verməyəcəyini öncədən bildirmək qeyri mümkündür.

“Bu gün işgüzar qrupun birinci görüşü baş tutdu. Səlahiyyət çərçivəsində görüşə xəstəliklərə nəzarətin milli mərkəzi də qatılıb. Seçkilərdə epidemiyanın yayılması riskinin minimum dərəcədə aşağı salmaq üçün tövsiyyələr üzərində işləmək lazımdır. Söhbət maskalardan, əhali arasında qoyulan məsafələrdən seçki komissiyası üzvlərinin öncədən müayinə olunması və karantində olan vətəndaşların necə səs vermə prosesinə qoşulmasından gedir. Bu məsələlər müzakirə edildikdən sonra xəstəliklərə nəzarətin milli mərkəzi Mərkəzi Seçki Komissiyasına tövsiyyələrlə əlaqədar olaraq müraciət edəcək. Bu gün pandemiya dövrü ilə əlaqədar olaraq hökümətin tövsiyyələri var: eyni vaxtda bir mühitdə neçə nəfər bir yerdə durmalıdır ki qapalı məkanlarda maskadan istifadə edək və əllərimizi dezinfeksiya edək. Biz elə bir mühit yaratmalıyıq ki, nə vətəndaşların səs vermə hüququ pozulmasın nə də virusun yayılma riski yüksək olmasın. Bu gün bir çox dəfə epidemiyanın seçkilərin keçirilməsinə və yeni tədris ilinin başlamasına mane olub olmayacağına dair suallar verildi. Həmişə deyirik ki, gələcəyi, 4 ay ərzində nələrin baş verib verməyəcəyini bilə bilmərik. Ümumiyyətlə qlobal olaraq vəziyyət sakitləşmir. Biz səhiyyənin verdiyi bütün tövsiyyələrə riayət etməliyik", - dedi Amiran Qamğrelidze.

Bizimlə əlaqə saxlayın

Digər "cəmiyyət" xəbərləri