1 USD =3.076 GEL 1 EUR =3.636 GEL 1 AZN =1.809 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.181 GEL
22 
İyn
2020
13:09
1885

Gürcüstanda qarşıdakı günlər havanın şəraiti necə olacaq?

İyunun 23-də Gürcüstanın qərbində isti və əsasən yağmursuz hava gözlənilir. Hava istiliyi +33, +38 dərəcəyə qədər yüksələcək. İyunun 24-də günün sonundan iyunun 27-dək arabir yağış yağacaq, temperatur +23, +28 dərəcəyə enəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyindən məlumat verilib.

Məlumata görə, Gürcüstanın şərqində bəzi yerlərdə yağış yağacaq, eyni zamanda dolu da ola bilər. İyunun 25-də isə qərbdən güclü küləklər əsəcəyi və hava istiliyinin +30, +35 dərəcə olacağı gözlənilir.

Tbilisidə qısa bir tufan ola bilər. İyunun 25-də güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu +31, +33 dərəcə olacaq.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri