1 USD =3.074 GEL 1 EUR =3.64 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.439 GEL 1 RUB =4.206 GEL
18 
İyn
2020
17:45
5491

Gürcüstana səfər edənlərin koronavirus testi olmasa necə olacaq? - Nazirdən açıqlama

"Gürcüstana gələn turistlərin PCR test olmasa PCR testdən Gürcüstanda keçəcəklər".

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə naziri Ekaterine Tikaradze deyib.

O eləcə də, 1 iyul tarixindən turistlərin qəbulundan və karantin məkanlarından da danışdı.

“Hər bir qayda işlənib. Çox sayda punktlarımız var. Eləcə də hər gün üçün karantin guşələrini saxlayırıq. Sadəcə olaraq say dəyişikliyi etmişik. Müəyyən mehmanxanalara turistləri qəbul etmələri üçün icazə vermişik. Lakin buna baxmayaraq bütün mehmanxanalar təhlükəsizlik normalarını nəzərdə saxlamalıdır. Yetəri qədər testlərimiz var. Mərhələli şəkildə gün ərzində 3000, 4000, payızda isə 10000 testin keçirə biləcəyik.

Ölkələrarası müxtəlif tipli danışıqlar var. İlk tələbimiz turistlərdə PCR testin sənədlərinin olmasıdır. Bu sənəddə covid -19 daşıyıcısı olmadığı təsdiqlənəcək. Hava limanında testdən keçən turistlər isə mehmanxanalara yerləşdiriləcəklər və onlar testlərin cavablarını gözləyəcəklər ” - deyə nazir qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər "cəmiyyət" xəbərləri