1 USD =3.079 GEL 1 EUR =3.624 GEL 1 AZN =1.811 GEL 1 TRY =0.421 GEL 1 RUB =4.211 GEL
18 
İyn
2020
16:39
2521

Amiran Qamkrelidze koronavirusun növbəti dalğasından danışıb

"Bizim üçün vacib olan ölkədə irimiqyaslı epidemiyanın inkişafını dayandırdığımız önəmlidir. İndi isə idarəetmə mərhələsindəyik".

InterPress.ge xəbər verir ki, bu haqda xəstəliklərə nəzarət milli mərkəzinin rəhbəri Amiran Qamğrelidze jurnalistlərə açıqlama verib.

Amiran Qamğrelidzenin bildirdiyinə görə pandemiyanın 2-ci, 3-cü dalğasının olub olmayacağını alimlər müzakirə edəcək.

"Bizim üçün bu gün ölkədə pandemiyanın inkişafını dayandırdığımız önəmlidir. İndi isə idarəetmə mərhələsindəyik. Biz bir tərəfdən yeni halları digər tərəfdən isə açılan iqtisadiyyatı idarə etməliyik ki, əhali çalışsın və gəlirləri olsun. Bu balansı tutmalıyıq. 2-3-4-cü mərhələnin olub olmayacağını alimlər müzakirə edəcəklər. Dinamika var ki, yalnız bizim ölkədə deyil qlobal olaraq virus azalacaq. Ola bilsin bu azalma yayda da davam etsin", - qeyd etdi Qamğrelidze.

Onun dediyinə görə, ehtimal vardı ki, virus qızmar günəşdə öləcəkdi və ya tamamilə itəcəkdi. Lakin bu özünü doğrultmadı.

"Önəmli olan bütün halların nəzarət altında olduğu və idarəetməyə tabe olmağıdır"- deyə Amiran Qamğrelidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri