1 USD =3.074 GEL 1 EUR =3.64 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.439 GEL 1 RUB =4.206 GEL
17 
İyn
2020
10:05
5965

Marneulidə bədbəxt hadisə baş verib - yeniyetmə çayda boğulub

Marneulinin Keşəli kənd sakini 18 yaşlı Kərəm Xəlilov dünən kür çayında boğularaq həyatını itirib.

Kənd sakinlərinin InterPress.ge-yə verdikləri məlumata görə, gənc çay kənarında olarkən ayağı sürüşüb çaya düşüb.

Kənd sakinləri gəncin üzmək bildiyini deyir, güman edilir ki, suya düşərkən sudurğa keçirib.

Məlumata görə, mərhumun cansız bədənini sudan balıq tutanlar çıxarıb. Balıqçılar tərəfindən ilkin yardım edilsədə gəncin artıq öldüyü məlum olub.

Sakinlər bildirirlər ki, mərhum gənc ailənin tək övladı olub və bu gün o, əsgərliyə xidmət etməyə gedəcəkdi.

Faktla bağlı polis istintaqa başlayıb.

Allah rəhmət etsin.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri