1 USD =3.074 GEL 1 EUR =3.64 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.439 GEL 1 RUB =4.206 GEL
16 
İyn
2020
09:56
941

Baş epidemioloq: “Gürcüstanda koronavirusla bağlı vəziyyət nəzarət altındadır”

“Gürcüstanda koronavirusa yeni yoluxma hallarının artacağı gözlənilən idi”.

InterPress.ge xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, halların artmasına səbəb iqtisadiyyatın bərpası ilə insanların hərəkətinin intensivləşməsidir: “Hazırkı mərhələdə təşvişə heç bir əsas yoxdur. Ölkədəki epidemioloji vəziyyət tam nəzarət altındadır”.

Mərkəz rəhbəri virusa yüngül yoluxma hallarında artımın olduğunu deyib: “Yeni təsdiqlənən hallar klinik baxımdan nisbətən qənaətbəxş hesab olunur”.(report)

Bizimlə əlaqə saxlayın

Digər "cəmiyyət" xəbərləri