1 USD =3.079 GEL 1 EUR =3.624 GEL 1 AZN =1.811 GEL 1 TRY =0.421 GEL 1 RUB =4.211 GEL
14 
İyn
2020
01:25
1625

Gürcüstanda koronavirusdan ölənlərin sayı artdı

Gürcüstanda koronavirusdan ölənlərin sayı 14 nəfərə çatdı.

InterPress.ge xəbər verir ki, bu barədə məlumat hökumət tərəfindən yaradılan stopcov.ge saytında yerləşdirilib.

Məlumata görə, Tbilisinin Birinci Universitet Xəstəxanasında müalicə alan 68 yaşlı kişi həyatını itirib. Xəstəxananın direktoru Levan Ratianinin jurnalistlərə verdiyi məlumata görə, xəstə aprelin 4-də sepsis mərkəzindən onların klinikasına köçürülmüşdü. Bütün bu müddət ərzində o, reanimasiya şöbəsində olub, kişidə artıq koronavirus qeyd alınmadığı bildirilib.

"Tənəffüs çatmazlığı var idi. Süni tənəffüsə aparatına keçirildi, hemodinamika pozuldu. Arterial hipertansiyon və ürək çatışmazlığı var idi. Müalicə uğursuz oldu və təəssüf ki, xəstə həyatını itirdi ", - dedi Ratiani.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri