1 USD =3.079 GEL 1 EUR =3.624 GEL 1 AZN =1.811 GEL 1 TRY =0.421 GEL 1 RUB =4.211 GEL
11 
İyn
2020
12:09
2282

Paata İmnadze insanlara koronavirusa qarşı peyvənd vurulmasından danışdı - "Zorla peyvənd vurulmur"

"Gürcüstanda koronavirusa qarşı peyvəndləmə məcburi olmayacaq və yalnız istəyənlər edə bilər".

InterPress.ge xəbər verir ki, bu barədə Paata Imnadze "İmedi" televiziya şirkətinin efirində bildirib.

"Düzdür, çoxları bu peyvəndlə insanlara çip qoyulacağına düşünürlər, amma demək istəyirəm ki, heç kim kiməsə zorla peyvənd etmir. İnşəallah həqiqətən bu peyvəndi etdirmək istəyənlər üçün kifayət qədər olar. Təsəvvür edin ki, qısa müddətdə neçə milyard vaksin istehsal olunmalıdır ki, Yer kürəsinin bütün əhalisi kifayət etsin ", - deyə İmnadze deyib.

Onun sözlərinə görə, peyvəndi icad edən ölkələr, ilk növbədə, öz vətəndaşlarını peyvənd edəcək və sonra dünya bazarına çıxaracaqlar.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri