1 USD =3.076 GEL 1 EUR =3.636 GEL 1 AZN =1.809 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.181 GEL
05 
İyn
2020
13:07
2191

Türkiyə səfirliyi Türkiyəyə bu səbəblə getmək istəyən Gürcüstan vətəndaşları üçün məlumat yayır

Pandemiya şərtlərində Türkiyəyə müalicə üçün getmək istəyən Gürcüstan vətəndaşları (USHAŞ)-a müraciət etməlidirlər.

InterPress.ge xəbər verir ki, bu barədə Türkiyənin Gürcüstandaki Səfirliyi Türkiyəyə müalicə üçün getmək istəyən Gürcüstan vətəndaşları üçün məlumat yayır.

Belə ki, bunun üçün isə, pasiyentlərin monitorinq sistemi olan veb-səhifədə – http://covid19st.ushas.com.tr. qeydiyyatdan keçilməlidir.

Hesabı ya pasiyent, ya da onun yaxını açmalıdır.

Qeydiyyat ilə bağlı məlumat bu veb-səhifədə verilir http://www.ushas.com.tr.

Daha sonra, USHAŞ təşkilatı pasiyentlə əlaqə saxlayacaq və Türkiyəyə müalicə üçün qəbul edildiyi haqqında məlumat verəcək.

Türkiyəyə müalicə üçün getmək istəyənlər, Türkiyənin ən yaxın nümayəndəliyinə müraciət etməlidirlər və məqsəd vizasını almalıdırlar.

Pandemiya şərtlərində, gömrük-keçid məntəqələrində USHAŞ-ın dəvət məktubunu təqdim edərək, asanlıqla Türkiyə ərazisinə keçə bilərlər.

Pasiyentin yanında Türkiyəyə sadəcə iki nəfər buraxıla bilər.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri