03 
İyn
2020
19:12
1375

Marneuli və Hucabinin Yepiskopu Qiorqi (Camdeliani) təşəbbüs irəli sürüb

Marneuli və Hucabinin Yepiskopu Qiorqi (Camdeliani) təşəbbüs irəli sürüb.

InterPress.ge xəbər verir ki, o, Marneulidə Nəriman Nərimanovun abidəsinin əvəzində Xudu Borçalının və Kartli-Kaxeti çarı İkinci Ereklenin abidəsi ucaldılmasını təklif edib.

“Mən ayini yerinə yetirdim və çıxış etdim. Amma azərbaycanlı icmasına, bizim soydaşlarımıza mənim çıxışımdan çıxarılmış çirkin məlumat çatdırıblar. Guya ki, Nərimanovun heykəlinin etnik azərbaycanlı olduğuna görə götürülməsini istəyirəm. Xeyr, indi mən təşəbbüs irəli sürürəm, ictimaiyyət üzvlərinə eləcə də azərbaycanlı bacı və qardaşlara müraciət edirəm ki, bizim milli qəhrəmanın heykəlini ucaldaq”, – Yepiskop Qiorqi deyir.

Marneuli və Hucabi Yepiskopunun bəyanatına görə, Xudu Aspindza döyüşündə Kartli-Kaxeti çarı İkinci Erekle ilə birgə çiyin-çiyinə vuruşub və o, Aspindza döyüşündə körpünü kəsərək Gürcüstana qələbə gətirməklə qərarverici rol oynayıb.

“Bundan irəli gələrək əlbəttə o, bizim hamımızın ürəyində milli qəhrəmandır. Əgər mənim bəyanatıma (Nəriman Nərimanovun abidəsi ilə əlaqədar) etnik şikayət adı verirlər və milliyətçilikdən danışırlarsa indi mən təşəbbüs irəli sürürəm və bu qanlı “qırmızı” komissarın əvəzinə Xudu Azərbaycanlının və İkinci Ereklenin abidəsinin ucaldılmasını istəyirəm. Çünki bu bizim gürcü-azərbaycan qardaşlığımızın və birliyimizin rəmzi olacaq”, – Yepiskop deyib.

Marneuli və Hucabinin yepiskopunun sözlərinə görə, 24 may tarixində həftə ayinində onun Nərimanovun heykəli ilə bağlı verdiyi bəyanat media vasitələrində çox çirkin şəkildi işıqlandırılıb. O, qeyd edir ki, etnik zəmində bəyanat verməyib və yalnız Gürcüstanın düşmanı, Qırmızı ordunun liderlərindən biri Nəriman Nərimanovun abidəsinin sökülməsini tələb edib.

Mənbə: Marneuli Radiosu

Bizimlə əlaqə saxlayın

Digər "cəmiyyət" xəbərləri