1 USD =3.073 GEL 1 EUR =3.64 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.419 GEL 1 RUB =4.186 GEL
03 
İyn
2020
09:55
2206

Türkiyə Respublikasına tibbi xidmət üçün səfər etmək istəyənlərin nəzərinə - bu qaydalarla Türkiyə səfər edə bilərsiz

Gürcüstanın Türkiyədəki səfirliyi Gürcüstan vətəndaşlarına müraciət edir.

InterPress.ge xəbər verir ki, müraciət Gürcüstanın Türkiyədəki səfirliyinin Facebook səhifəsində yazılıb.

Səfirlikdən bildirilir ki, Türkiyə Respublikasında tibbi xidmət almaq üçün hədəfli viza almaq lazımdır.

"Türkiyə Respublikasında tibbi yardım almaq üçün vətəndaşlar və onları müşayiət edən şəxslər, Türk Beynəlxalq Tibb Agentliyindən icazə aldıqdan sonra hədəfli (tibbi) viza almalıdırlar. Bunun üçün Türkiyə Respublikasının Tbilisidəki Səfirliyinin konsulluq xidmətinə və ya Türkiyənin Batumidə Baş Konsulluğuna müraciət etməlidirlər ” - bu barədə Gürcüstanın Türkiyədəki səfirliyinin Facebook-dakı səhifəsində bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri