02 
İyn
2020
17:41
1137

Gürcüstanda baş verən yol qəzasında polis əməkdaşı həyatını itirdi

Gürcüstan Daxili İşlər Nazirliyinin bir əməkdaşı Axaltsixe Bələdiyyəsinin Tsnisi kəndində baş verən yol qəzasında həyatını itirib.

Bu barədə InterPress.ge imedi televiziyasına istinadən xəbər verir.

Məlumata görə, avtomobil səkiyə çırpılıb. Bir polis yerindəcə ölüb.

Qəza zamanı mərhumun vəzifə başında olmadığı və öz avtomobilini idarə etdiyi məlum olub.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 276 - “Yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması və ya bir insanın ölümünə səbəb olan nəqliyyat vasitəsinin istismarı” maddəsi ilə istintaq başlanıb.

Bizimlə əlaqə saxlayın

Digər "cəmiyyət" xəbərləri