1 USD =3.076 GEL 1 EUR =3.636 GEL 1 AZN =1.809 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.181 GEL
01 
İyn
2020
14:43
1525

Gürcüstanda növbəti tədris prosesi də distant qaydada davam edə bilər - AÇIQLAMA

Gürcüstanın məktəb və universitetlərində növbəti tədris prosesi də distant qaydada davam edə bilər.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

O bildirib ki, epidemiyanın ikinci və üçüncü dalğası mümkündür, bu səbəbdən insanlar virusla birgə yaşamağı öyrənməlidir: “Biz koronavirusla birgə yaşamağı öyrənməliyik, bu, uzun müddət davam edə bilər. Pandemiyanın ikinci və üçüncü dalğası da mümkündür, bu səbəbdən bəzi məhdudiyyətlərin təkrarlanmaq ehtimalı var. Tədris prosesinin onlayn qaydada davam etdirilməsi də bura daxildir”.

Xatırladaq ki, COVID-19 pandemiyası səbəbi ilə Gürcüstanda məktəb və universitetlər martın 2-dən tətilə buraxılıb. Gürcüstan Baş Nazirinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurası aprelin 24-də tədris müəssisələrinin açılmasının sentyabradək təxirə salması haqqında qərar qəbul edib. Hazırda ölkənin bir sıra universitetlərində dərslər onlayn qaydada keçilir.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri