1 USD =3.076 GEL 1 EUR =3.636 GEL 1 AZN =1.809 GEL 1 TRY =0.424 GEL 1 RUB =4.181 GEL
30 
May
2020
23:32
1838

Avropanın ən təhlükəsiz səyahət istiqamətləri reytinqində Tbilisi birinci yeri tutdu

Avropanın 20 ən təhlükəsiz səyahət istiqamətləri ilə bağlı European Best Destinations tərəfindən dərc olunmuş reytinqdə Tbilisi birinci yeri tutub.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Tbilisi meriyası yayıb.

Məlumata görə, Covid 19 nöqteyi nəzərdən məhz Tbilisi Avropanın ən təhlükəsiz istiqaməti olaraq adlandırılıb.

“Tbilisi Covid 19-dan ən az zərər görmüş ölkələrdən biri olan Gürcüstanın paytaxtıdır. Gürcüstan çox tez reaksiya verdi və müvafiq tədbirlər gördü, bu da epidemiyanın son dərəcə aşağı səviyyədə qalması üçün imkan yaratdı.

Ölkə iyulun 1-də sərhədlərini beynəlxalq ziyarətçilər üçün açır, müvafiq olaraq səyahət edənlərin və öz vətəndaşlarının sağlamlığını qorumaq və onlara Gürcüstanda təhlükəsiz tətil etmək imkanı yaratmaq üçün təhlükəsizlik standartlarını tətbiq edir.

Dünya pandemiyasından sonra çoxumuz yeni təcrübə qazanmaq istəyirik və Tbilisi tam olaraq bizə lazım olandır: keçmişin, bu günün və gələcəyin, mədəniyyətin və asudə vaxtın ən mükəmməl bir şəkildə bir araya gəldiyi yer. Gürcüstanın paytaxtı heç vaxt 2020-ci ildə olduğu kimi trend olmayıb. Bu mədəniyyət, qastronomiya, müxtəliflik və memarlıq həvəskarları üçün ideal səyahət istiqamətidir. Şəhərdə gəzərkən “WOW” effektinə zəmanət verilir.

Tbilisi yaz və yay aylarında, təbiətin oyandığı vaxt və həmçinin qışda minlərlə rəngarəng milad işıqları və dekorasiyalar fonunda cəlbedicidir “, - deyə təşkilatın yaydığı məlumatda deyilir.

Yeddinci yeri tutan Batumi şəhəri də həmçinin reytinqə düşüb.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri