30 
May
2020
16:35
568

Amiran Qamğrelidze: "Koronavirusla bağlı ətrafımızdakı bütün ölkələrdə vəziyyət gərgindir"

"Yeni növ koronavirus infeksiyası ilə bağlı qlobal vəziyyət gərgin olaraq qalır, yoluxmuşların sayı 6 milyonu keçib və ölüm nisbəti təxminən 6,1 faizdir".

InterPress.ge xəbər verir ki, bu barədə Amiran Qamkrelidze bildirib.

O qeyd edib ki, son üç həftə ərzində ölüm nisbəti azalıb.

“Bölgəyə gəlincə isə, ətrafımızdakı bütün ölkələrdə, xüsusən birbaşa sərhədimiz olan ölkələrdə vəziyyət gərgindir. Bildiyiniz kimi, Rusiya infeksiyanın yayılması baxımından artıq üçüncü yerdədir, həmçinin Ermənistan, Azərbaycan və Türkiyədə göstəricilər artır, lakin Türkiyədə artma tempinin artıq yavaşlaması müşahidə olunur. Ancaq, mütləq sayda artım var, amma bu, əvvəlkindən azdır ”-deyə Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, Gürcüstanın ənənəvi əlaqələrinin olduğu Ukrayna, Belarusiya və bir sıra ölkələrdə də artım müşahidə olunur.

Bizimlə əlaqə saxlayın

Digər "cəmiyyət" xəbərləri