30 
May
2020
09:43
432

Qəza səbəbindən 14 minə qədər abunəçi qazsız qaldı

Tbilisinin Gldani-Nadzaladevi rayonunun 14 minədək abunəçi mərkəzi magistralda baş verən qəzası səbəbindən qazsız qaldı.

InterPress.ge xəbər verir ki, bu barədə "Tbilisi Enerji" qaz paylayıcı şirkətinin saytında yayılan məlumatda deyilir.

Qeyd edilir ki, orta təzyiqli qaz kəməri drenaj şəbəkəsinin tikintisi zamanı özəl bir şirkət tərəfindən zədələnmişdir.

Hadisə yerində Tbilisi Enerji işçiləri işləyir. Qaz təchizatının ən qısa müddətdə bərpa olunması üçün işlər aparılır.

Tbilisi Enerji narahatlıq üçün abunəçilərindən üzr istəyir.

Bizimlə əlaqə saxlayın

Digər "cəmiyyət" xəbərləri