1 USD =3.074 GEL 1 EUR =3.64 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.439 GEL 1 RUB =4.206 GEL
25 
May
2020
13:45
1818

Bu gündən bu şəxlərə sürücülük vəsiqəsi almaq üçün nəzəri imtahandan keçməyə icazə verilir

Daxili İşlər Nazirliyi Xidmət Agentliyi xidmətlərin mərhələli şəkildə bərpa olunmasına davam edir.

InterPress.ge xəbər verir ki, bu gündən etibarən, məhdudiyyətlərdən qabaq elektron qeydiyyatdan keçmiş və koronavirusla əlaqəli məhdudiyyətlər səbəbindən bu xidmətdən istifadə edə bilməyənlər üçün sürücülük bəsiqəsi almaq üçün nəzəri (teoriya) imtahanlarını vermələri üçün şərait yaradıldı.

Agentlikdən verilən məlumata görə, bu şəxslərə agentlik tərəfindən müəyyən edilmiş bir gündə, qeydiyyatı edildiyi eyni xidmət mərkəzində sürücülük vəsiqəsi almaq üçün nəzəri imtahanlarının verilməsinə icazə verilir.

Bundan əlavə, bu gündən etibarən odlu silahın qeydiyyatı ilə bağlı bütün prosedurlar tam bərpa ediləcək.

Bizimlə əlaqə saxlayın

Digər "cəmiyyət" xəbərləri