23 
May
2020
04:25
1087

Bu gündən fövqəladə vəziyyət rejimi və komendant saatı ləğv olundu

Baş nazir Giorgi Qaxarianın rəhbərliyi ilə, Koordinasiya Şurası, mayın 23-dən, yəni bu gündən etibarən fövqəladə vəziyyətin, eləcə də komendant saatının ləğv olunmasına dair qərar qəbul edib.

InterPress.ge xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi, İrakli Çikovani brifinqdə bildirib.

Qeyd edək ki, Gürcüstanda fövqəladə vəziyyət rejimi mart ayının 21-də elan olunmuşdu. İki aydan sonra fövqəladə vəziyyət rejimi sona çatdı.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri