23 
May
2020
03:54
1121

Bolnisi rayonunda 60 gündən sonra sərt karantin rejimi ləğv olundu - FOTO

Bolnisi rayonunda bu gündən sərt karantin rejimi ləğv olunub.

InterPress.ge xəbər verir ki, bu barədə hökumət qərar qəbul edib.

Artıq bələdiyyə sakinləri bu gündən sərbəst şəkildə bələdiyyə xaricinə səyahət edə bilərlər.

Bolnisidə karantinin ləğv olunmasına baxmayaraq, rayonun iki kəndində Dəllər (Muşevani) və Aşağı Güləver (Geta) kəndlərində karantin qüvvədə qalır. Sözü gedən kəndlərə giriş-çıxış qadağan olunub.

Qeyd edək ki, Bolnisidə sərt karantin rejimi mart ayının 23-də elan edilmişdi.

Fotolar: Facebook Aktual Xəbərlər səhifəsi.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri