22 
May
2020
12:28
4936

Gürcüstanda bu tarixədək bütün məhdudiyyətlər ləğv olunacaq

"Gözlənilməz hadisələr olmasa, iyulun 1-dək bütün məhdudiyyətlər qaldırılacaq".

InterPress.ge xəbər verir ki, bu sözləri parlament çoxluğunun üzvü İrakli Kobaxidze deyib.

"Mayın 22-dən etibarən bütün məhdudiyyətlər qaldırılmayacaq, lakin hamısı tədricən qaldırılmalıdır. Təxminən bir ay əvvəl hökumət məhdudiyyətlərin qaldırılması üçün etaplı plan hazırladı. Ümid edirik ki, gözlənilməz hadisələr baş verməzsə, iyulun 1-dək maska ​​taxmaq istisna olmaqla, bütün məhdudiyyətlər ləğv ediləcəkdir", - dedi Kobaxidze.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri