19 
May
2020
18:33
1048

Marneuli meri Zaur Darğallı 19 may münasibətilə bütün Marneuli sakinlərinə təşəkkür etdi

Zaur Darğallı Marneuli sakinlərinin ona etimad etdikləri üçün təşəkkür edib.

InterPress.ge xəbər verir ki, bu barədə Marneuli meri Zaur Darğallı öz rəsmi facebook səhifəsində yazıb.

Z. Darğallı onun mer seçilməsindən bir il keçməsi münasibəti ilə təşəkkürnamə və görülən işlərdən yazıb.

"Etimadınız üçün təşəkkür edirəm!

Hörmətli Marneuli sakinləri, 2019-cu ilin seçkilərindən bir il ötür. Etimadınıza və dəstəyinizə görə sizlərə ilk növbədə öz təşəkkürümü bildirirəm.

Bir ildir ki, mer vəzifəsində olduğum müddət ərzində vətəndaşlarımızın gözləntilərini doğrultmaq üçün əlimdən gələni etməyə çalışdım və ümid edirəm ki, bu, cəmiyyət tərəfindən müvafiq şəkildə qarşılanıbdır.

Bu il ərzində, Marneuli şəhərində əhalinin həyat səviyyəsinin yüksəldilməsinə və gündəlik həyatlarının yaxşılaşdırılmasına yönəlmiş bir çox yeni infrastruktur, mədəni, sosial və iqtisadi layihələr həyata keçirilmişdir.

Bizim komandamız xidmətinizdə olmağa davam edir, bu da mənim üçün, sizin seçdiyiniz bir mer olaraq böyük şərəf və məsuliyyət deməkdir.

Sizi əmin edirəm ki, mənim fəaliyyətim və diqqətim bir mer kimi bütün vətəndaşlara yönəldilmişdir. Biz bu məqsədlə gəlmişik və eyni şəkildə hər bir vətəndaş qarşısında öhdəliklərimizi yerinə yetirməyə davam edirik.

Əlbətdə ki, qlobal pandemiyanın yaratdığı problemlərlə bağlı gündəlik rejimdə atılan effektiv addımları da vurğulamaq lazımdır.

Marneuli Munisipaliteti Meriyası, bu ilin önəmli problemlərini əhali ilə birlikdə uğurla həll etdi. Bu, bizim birliyimizi bir daha təsdiqlədi və belə də davam etməlidir. Sizlərin, əhalinin dəstək və təşviqinə böyük ümidlərim var. Birlikdə, qarşılaşdığımız bütün çətinliklərin öhdəsindən gələcəyik. Hörmətlə! Zaur Darğallı"- deyə Marneuli meri yazır.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri