18 
May
2020
15:16
1658

Gürcüstanda qarşıdakı günlərdə havanın şəraiti necə olacaq? Açıqlama

Mayın 18-19-da Gürcüstanın bəzi yerlərində qısamüddətli yağış yağacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Agentliyindən verilən məlumata bildirilib.

Məlumata görə, Gürcüstanın düzən ərazilərində havanın temperaturunun gündüz +21, +26 dərəcə isti olacağı gözlənilir. Bəzi yerlərdə güclü külək əsəcəyidə qeyd olunur.

Sinoptiklərin məlumatına görə, mayın 20-21-də isti və əsasən quru hava gözlənilir. Mayın 21-də havanın temperaturu +30, +35 dərəcəyə qədər yüksələcək.

Paytaxta gəlincə, Tbilisidə yağışsız hava olacağı bildirilir.

"Mayın 18-də günorta və 19 mayda güclü şimal-qərb küləyi əsəcək. Mayın 18-dən 20-dək havanın temperaturu +25, +27 dərəcə, mayın 21-də +32 dərəcəyə qədər yüksələcəkdir”, - deyə agentlikdən bildirilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri