17 
May
2020
10:42
900

Gürcüstanda koronavirusa yoluxanların və sağalanların sayı artdı - RƏSMİ

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saatda 18 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 695 nəfərə çatıb.

Sağalabların sayına gəldikdə isə, son 24 saat ərzində ölkəmizdə 6 yeni sağalma qeydə alınıb. Bununlada COVID-19 infeksiyasından sağalanların ümumi sayı 425-ə çatıb.

Qeyd olunub ki, koronavirus səbəbi ilə 3822 nəfər karantində saxlanılır, 360 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Qeyd edək ki, koronavirus səbəbi ilə 12 nəfər vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri