16 
May
2020
20:14
7610

Gürcüstanın Rustavi avtomobil bazarı bu tarixdən açılır

Rustavi avtomobil bazarı may ayının 25-dən açılır.

InterPress.ge xəbər verir ki, bu barədə AvtoPapa məlumat verib.

"Hazırkı mərhələdə avtomobil bazarı ziyarətçilər üçün bağlanıb və təəssüf ki, nə vaxt açılacağı barədə məlumatımız yoxdur. Mərkəzi giriş mayın 23-də açılacaq, yalnız agentliyə gəlməsi lazım olanlar üçün. Biz də məlumat gözləyirik və işləmək imkanı verildikdən sonra avtomobil bazarı dərhal açılacaqdır", - deyə AvtoPapa-nın qaynar xəttindən bildirdilər.

Hökümətin qaynar xəttindən verilən məlumata görə, bütün açıq bazarlar may ayının 25-dən açılmalıdır.

"Hələ ki, avtomobil bazarları ilə bağlı konkret məlumat yoxdur, amma ümumilikdə mayın 25-dən etibarən bütün növ açıq bazarlar açılmalıdır və ehtimal ki, avtomobil bazarına baxılacaqdır. Qətnamədə göstərilən tarixlər bir az irəli aparıldı, buna görə, hər şey az vaxtda açılacaq", - deyə qaynar xəttən bildirilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri