1 USD =3.074 GEL 1 EUR =3.64 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.423 GEL 1 RUB =4.184 GEL
11 
May
2020
11:12
3577

Gürcüstanda hələdə hansı məhdudiyyətlər qüvvədə qalır? SİYAHI

Mayın 22-dək Gürcüstanda fövqəladə vəziyyət rejimi qüvvədədir.

InterPress.ge xəbər verir ki, fövqəladə vəziyyət rejimini pozduğuna təqdirdə fiziki şəxslər üç min lari, hüquqi şəxslər isə 15 min lari cərimə edilir.

Aşağıda sizə hələdə qüvvədə qalan məhdudiyyətləri təqdim edirik.

İctimai yerlərdə mütləq tibbi maska taxılmalıdır.

Komendant saatı qüvvədə qalır. 21: 00-dan 06: 00-a qədər xüsusi icazə olmadan çöldə gəzmək qadağandır.

Metro da daxil olmaqla ictimai nəqliyyat tamamilə dayandırılıb.

Taksi və şəxsi avtomobillər üçün sərt qaydalar qüvvədə qalır: Bir nəfər sürücü və arxa oturacaqda iki nəfərdən çox olmamalıdır.

Dükan və apteklərdən başqa hər yerdə ictimai məsafəni nəzərə alaraq üçdən çox insanın toplaşması qadağandır.

Bütün vətəndaşlar şəxsiyyət vəsiqələrini, pasportlarını və ya sürücülük vəsiqələrini üstündə daşımalıdırlar.

Ən yaxın mağazaya, aptekə və ya tibb müəssisəsinə getmək istisna olmaqla, 70 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağandır.

Bütün beynəlxalq avtomobil və dəmir yolu sərnişin daşımaları və bütün daxili uçuşları ləğv edilib.

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri