12 
Apr
2020
13:23
1060

Bolnisili soydaşımız hamilə qadın koronavirusdan sağaldı

Gürcüstanın Bolnisi rayonunda koronavirusa yoluxan hamilə qadın koronavirusdan tam sağalıb.

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasının direktoru Levan Ratiani bildirib.

Onun sözlərinə görə, 24 həftəlik hamilə qadın xəstəxanaya martın 26-da çatdırılıb və pasiyentdə xəstəlik ciddi ağırlaşmalar olmadan keçib.

L.Ratiani deyib ki, qadının koronavirusla bağlı iki testinin cavabı mənfi olub:

“Bir neçə saatdan sonra o, evə buraxılacaq. Dölün də vəziyyəti yoxlanılıb. Hazırkı mərhələdə döl fizioloji şərtlərə uyğundur”.

Qeyd edək ki, Gürcütanda bu günə qədər COVID-19 infeksiyasına 252 nəfər yoluxub. Onların 63-ü sağalıb, 3-ü isə ölüb.(report)

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri