1 USD =3.074 GEL 1 EUR =3.614 GEL 1 AZN =1.808 GEL 1 TRY =0.42 GEL 1 RUB =4.171 GEL
09 
Apr
2020
09:52
4649

Gürcüstanın dövlət naziri Marneuli və Bolnisi sakinlərinə çağırış etdi

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili karantin zonası elan olunan Marneuli və Bolnisi rayonlarının sakinlərinə müraciət ünvanlayıb.

InterPress.ge xəbər verir ki, o, hər iki rayonun əhalisinə dəstək ifadə edib.

Dövlət naziri həmvətəndaşları hökumətin koronavirusla bağlı qabaqlayıcı tədbirlərlə bağlı tövsiyələrinə əməl etməyə çağırıb: “Ayıq-sayıq olun, özünütəcrid qaydaları və karantinlə bağlı məhdudiyyətlərə riayət edin. İnanıram ki, yüksək vətəndaşlıq məsuliyyəti, dəstək və qarşılıqlı yardım vasitəsilə bu problemin öhdəsindən gələ biləcəyik”.(report)

Bizimlə əlaqə saxlayın



Digər "cəmiyyət" xəbərləri