06 
Apr
2020
17:53
1348

Qubernator: “Bolnisi və Marneuli rayonlarında koronavirusa iki yeni yoluxma halı qeydə alınıb”

“Bolnisi və Marneuli rayonlarında koronavirusa iki yeni yoluxma halı qeydə alınıb”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili bildirib.

O deyib ki, yoluxan Bolnisi sakini, 87 yaşlı kişi koronavirusdan ölən qadının həyat yoldaşıdır.

Qubernatorun sözlərinə görə, həmin şəxsdə ürəyin işemik xəstəliyi də olub.

Ş.Rexviaşvili qeyd edib ki, Marneulidə virusa yoluxan qadın Kirəç Muğanlı kənd sakinidir və onunla yaxın təmasda olan 25 nəfər ciddi özünütəcrid rejimindədir.(report)

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri