04 
Apr
2020
20:23
878

Gürcüstanda yeni növ koronavirus pandemiyasından sağalanların sayı 31-ə çatdı

Gürcüstanda koronavirusdan daha 3 nəfər sağaldı, bununlada sağalanların sayı 31-ə çatdı.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Məlumata görə, ölkədə karantində 5526, stasionar nəzarətdə isə 344 nəfər saxlanılır.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda COVID-19 infeksiyasına 157 nəfər yoluxub, onlardan 1 nəfər dünyasını dəyişib. Hazırda aktiv virus daşıyıcılarının sayı 125 nəfər təşkil edir.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri