04 
Apr
2020
19:28
2203

Həkim: "Koronavirusdan dünyasını dəyişən təxminən 12-15 kiloqram ağırlığında idi"

Koronavirusdan vəfat edən 79 yaşlı qadının cəsədi son dərəcə tükənmişdi və Tiflis klinikasına gətiriləndə təxminən 15 kiloqram ağırlığında idi.

InterPress.ge xəbər verir ki, bunu Tiflis Birinci Universitet Xəstəxanasının klinik direktoru Lali Turdzeladze Pirveli TV kanalına verdiyi müsahibəsində bildirib.

Xəstə kaxeksiyadan əziyyət çəkirdi, bu, müxtəlif xəstəliklərin səbəb olduğu bədənin həddindən artıq tükənməsidir.

“Martın 31-də xəstə Geo Hospital Marneuli Xəstəxanasından bizə gətirildi. Vəziyyəti ağır idi. Biz onu süni nəfəs aparatına aldıq. Bütün bu dövrdə o ağır vəziyyətdə idi. 79 yaşlı qadın 12-15 kiloqram ağırlığında idi və kaxeksiya (zəyifləmə) xəstəliyi var idi. Kaxeksiya və ya əzələ zəifliyi 6-7 ay əvvəl onun içində başlayıb", - dedi Turdzeladze.

O, həmçinin həyatını itirən xəstənin virusa yoluxanadək bir çox xroniki xəstəliyinin olduğunu da bildirib.

Xatırlada ki, ölən qadın Bolnisi rayonunun Kəpənəkçi kəndinin sakinidir. Koronavirusun dörd qohumunda da təsdiqlənib.

Qeyd edək ki, aprelin 1-də koronavirusun yayılması təhlükəsi səbəbindən Kəpənəkçi daxil olan Kvemo Bolnisi sakinləri tamamilə təcrid edildi. Kəndin giriş və çıxışlarında nəzarət məntəqəsi quruldu. Kvemo Bolnisini tərk etmək xalqa qadağan edilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri