03 
Apr
2020
12:58
664

Marina Ezuqbaia: "Gündə infeksiaya yoluxanların sayı 20-ə qədər olsa, bu faciə olmaz"

"Söhbət artıq dördüncü şəxslərdən daxili yoluxmadan gedir və gündə infeksiaya yoluxan 18-20 nəfərlə qalsaq bu faciə olmaz".

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi İnfeksiya Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaia deyib.

Ezuqbaianın dediyinə görə, bu gün ölkədə koronavirusun yoluxma halları 148-ə çatıb.

“Hazırda klinikamızda 40 pasiyent müalicə görür. Yeni gətirilən pasiyentlərin pnevmoniyaları var. İki pasiyentin vəziyyəti ağırdır. Biz sadəcə bizim klinikada müalicə görən pasiyentlərin ünsiyyətdə olduğu şəxsləri qeydə almışıq, ölkənin digər klinikalarında qalan pasiyentlərin yoluxma mənbələri haqqında məlumatımız yoxdur, – dedi Marina Ezuqbaia.

Onun dediiynə görə, 115-dən 148-ə qədər artan yoluxma halları o qədər də qorxulu deyil.

“Belə artımla davam etsək, problem olmaz və vəziyyət hələ də kontrol altındadır. Söhbət dördüncü şəxslərdən daxili yoluxmadan gedirsə, bu göstəricilər faciə deyil. Ümid edirəm ki, belə davam edə biləcəyik” – dedi Marina Ezuqbaia.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri