02 
Apr
2020
21:28
1843

Polis son 24 saatda fövqəladə rejimi pozduğu üçün yüzlərlə vətəndaşı cərimələdi - VİDEO

Polis son 24 saat ərzində ölkə daxilində fövqəladə hal rejimi və komendant saatının öhtəliklərini pozan 706 fakt qeydə alıb.

InterPress.ge xəbər verir ki, 1 aprel saat 21:00-dan 2 aprel saat 6:00-dək ölkə daxilində 204 vətəndaş komendant saatı pozduğu üçün cəzalandırılıb..

“Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Komendant saatı tətbiq olunan məhdudiyyətləri pozanları müəyyən etmək üçün günün 24 saat işləməyə davam edirlər. Ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün polis bütün pozuntulara dərhal cavab verir. Hüquq mühafizəçiləri son 24 saat ərzində ölkə daxilində fövqəladə və komendantı rejimini 706 pozuntusunu aşkar edib. 1 aprel saat 21:00-dan 2 aprel saat 6:00-dək Daxili İşlər Nazirliyinin əməkdaşları ölkə daxilində 204 vətəndaş komendant saatı pozduğu üçün cəzalandırıb. Bundan əlavə, ictimai yerlərdə 3 nəfərdən artıq insanın toplaşması və 2 metrlik distansiya qaydasının pozulması ilə əlaqədar, 75 nəfər cərimələnib. 1 fiziki şəxs və 1 hüquqi şəxs iqtisadi fəaliyyət məhdudiyyətlərini pozduğuna görə cərimələndi. Polis, Xəstəliklərə Nəzarət Milli Mərkəzi ilə birlikdə vətəndaşlarına ciddi nəzarət tətbiq etməyə davam edir. Birgə monitorinqdə özünü təcridetmə qaydalarının pozulmasının 10 yeni halı aşkarlanıb. Bundan əlavə, hüquq-mühafizə orqanları sərnişin və avtomobil daşınması qaydalarını pozduğuna görə 415 nəfəri cərimələyib", - DİN-dən verilən açıqlamda qeyd olunur.

Xatırladaq ki, fövqəladə vəziyyətin pozulması inzibati məsuliyyətə səbəb olur - fiziki şəxsin 3000 lari, hüquqi şəxs isə 15000 kari cərimələnir.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri