02 
Apr
2020
19:37
1417

Gürcüstanın azərbaycanlı deputatları koronavirusla mübarizəyə ianə edəcəklər

Gürcüstan hökuməti və parlament çoxluğunun hər bir üzvü növbəti üç ay üçün əməkhaqlarının 1/3-ni koronavirusla mübarizəyə dəstək fonduna ianə edəcəklər.

InterPress.ge xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu Partiyasının icraçı katibi İrakli Kobaxidze bildirib.

O, partiyanın digər üzvlərinin də bu dəstəyə qoşulacaqlarına ümidvar olduğunu deyib: “Biz epidemiya ilə mübarizəyə əlavə töhfə verməyə hazırıq. Problemi minimal itkilərlə dəf etmək üçün həmrəylik həlledici silahdır”.

Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev “Report”un yerli bürosuna açıqlamasında bu təşəbbüsə qoşulduğunu bildirib. O deyib ki, hakim partiya rəhbərliyinin koronavirusla mübarizəyə dəstək olmaq çağırışına çoxluqda təmsil olunan digər azərbaycanlı deputatlar - Savalan Mirzəyev və Mahir Dərziyev də qoşulublar: “Gürcü həmkarlarımız kimi, biz də bu təşəbbüsü çox müsbət qarşıladıq və böyük məmnuniyyətlə dəstək olduq”.

Qeyd edək ki, ölkəmizdə koronavirusla mübarizəyə dəstək fondu martın 24-də yaradılıb. Bu günə qədər fondda 21 039 092 lari (6,7 milyon ABŞ dolları) məbləğində pul toplanıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri