30 
Mat
2020
15:54
1831

Marneuli meri Zaur Darğallı xüsusi brifinq keçirdi - "Məsələ çox ciddidir"

“Marneulidə tətbiq olunan ciddi karantin rejiminin yaratdığı müxtəlif çətinliklərin aradan qaldırılması istiqamətində fəal iş aparılır”.

InterPress.ge xəbər verir ki, bunu Marneuli rayonunun icra başçısı Zaur Darğallı keçirdiyi xüsusi brifinqdə bildirib.

O deyib ki, ərzaq problemi ilə üzləşən ailələr var: “Bələdiyyə yerli biznes nümayəndələri ilə birgə ərzaq yardımı aksiyası keçirir. Bu yardım hər kəs üçün nəzərdə tutulmayıb. Bu günə qədər 1 345 ailə yardım alıb. Aksiya davam etdiriləcək”.

Z.Darğallı təəssüflə qeyd edib ki, bəzi müxalif qüvvələr əhali arasında yardımla bağlı yalan məlumatlar yayır: “Bəzi ictimai fəallar və müxalifət tərəfdarları əhalini evdə qalmağa çağırmaqdansa, onları küçələrə etiraz etməyə çıxarır. Etiraz edənlər arasında koronavirusa yoluxma ilə bağlı yüksək risk qrupuna daxil olan şəxslər də yer alıb”.

Rayon rəhbəri ərzaq yardımı ilə kimlərin təmin olunduğunu açıqlayıb: “Ərzaq yardımı tənha yaşayan insanlar, sosial yardım alanlar, gündəlik gəliri 15-20 lari olan və mövcud vəziyyətə görə bundan məhrum olan, məcburi karantin və özünütəcriddə olan şəxslərə göstərilir”.

Sakinləri yalan məlumatlara uymamağa çağıran Z.Darğallı Marneuli rəhbərliyinin hər bir ailənin yanında olacağına söz verib: “Xahiş edirəm evlərinizdən çıxmayan. Məsələ çox ciddidir”.

O, kəndlərdən hazır kənd təsərrüfatı məhsullarını rayondan çıxara bilməyən vətəndaşlara da müraciət edib: “Rayon rəhbərliyi Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə məsulların bazara çıxarılmasına dəstək verəcək”.(report)

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri